Belçika vətəndaşlara "yolka"ları yeməməyi tövsiyə edir |
Tədqiqatçı Leni Kempbell-Kloz qeyd edib ki, hazırda belə bitkilər üçün nəzərdə tutulan sınaq laboratoriyaları işıq, rütubət kimi məsələlərlə bağlı kosmosdakı duruma bənzər qapalı mühit yaradılır. Layihənin digər iştirakçısı Yan Smol isə bildirib ki, elm adamları mamır və ördək otu ağaclarından yeməli bir şey yetişdirməyə çalışırlar. Niyə məhz bu iki bitki növü? Çünki onların kökləri yoxdur və həmin bitkilər genetik cəhətdən rahat dəyişdirilirlər.
Smolun fikrincə, mütəxəssislər bitkilərin mikroqravitasiya şəraitində necə böyüyəcəyini müəyyən etməlidirlər. Alim onu da qeyd edib ki, mamır və ördək otu əslində dadsız bitkilərdir. Lakin onlar bu problemi də bioloji mühəndisliyin köməyi ilə həll etməyə hazırlaşırlar.
"Plants For Space" layihəsinin iştirakçıları onu da vurğulayıblar ki, orbitdə yaşayan astronavt üçün dadlı bir bitki və ya meyvə, xüsusən də təzə portağal bir növ ən böyük xoşbəxtlik sayılır. Çünki ekspedisiya iştirakçıları əsasən konservləşdirilmiş qidalar yeyirlər. İlk geni dəyişdirilmiş bitkilər 2027-ci ildə planlaşdırılan Artemis III missiyasının uçuşu zamanı kosmosa gedəcək.
Tural Tağıyev
AzVision.az