"Bu yolverilməzdir. Əvvəlcə komitəyə hesabat vermək, yalnız ondan sonra tədbir görmək fikri kökündən yanlışdır. "Hizbullah" o müddət ərzində kəşfiyyat mənbələrimizi sıradan çıxara və döyüş vasitələrini hərəkətə gətirə bilər. Müvəqqəti atəşkəs terrorçulara fayda gətirəcək: geri çəkilən "Hizbullah" yenidən güc toplayıb hücuma keçə bilər", - Qants bildirib.
Sabiq hərbçi diqqətə çatdırıb ki, "İsrail indiyədək çox itki verib".
Ben-Qvir: "Hizbullah"la atəşkəs ciddi səhvdir" |
"Bir ildən artıqdır ki, şimalda yaşayan sakinlərimiz öz yurd-yuvasından didərgin düşüb. Sərhədboyu kəndlərdə yaşayanlar sığınacaqlarda məskunlaşıblar. Belə şəraitdə atəşkəs işi yarımçıq qurtarmaq deməkdir. Şimaldakı vəziyyəti kökündən dəyişdirmək naminə tutarlı razılaşmaya ehtiyac var", - o yazıb.
Xatırladaq ki, ABŞ Prezidentinin xüsusi müşaviri Emos Hokşteynin vasitəçiliyi nəticəsində "Hizbullah" və Livan İsraillə atəşkəsə razılıq veriblər.
Firudin Həmidli
AzVision.az