İlon Mask Co Baydenin əfv qərarını pislədi

İlon Mask Co Baydenin əfv qərarını pislədi
  02 Dekabr 2024    Oxunub:313
ABŞ-nin seçilmiş prezidenti Donald Trampın keçid komandasında böyük nüfuza malik olan amerikalı sahibkar-miyarder İlon Mask indiki prezident Co Baydenin öz oğlunu əfv etmək qərarından sonra ölkənin bütövlüyündən narahatlığını bildirib.
AzVision.az xəbər verir ki, Co Baydenin qanunsuz silah saxlamaqda və vergi qanunlarını pozmaqda ittiham olunan oğlu Hanterin əfvi barədə qərarını tənqid edib.

“Mən narkotik mövzularına əhəmiyyət vermirəm, lakin ABŞ-ın bütövlüyünü şübhə altına almaq yaxşı deyil”, - Mask özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Maskın şərhdə işlətdiyi “integrity” məfhumunun “prisnipiallıq” və “prinsiplərə sadiqlik” mənasını da verdiyi nəzərə alındıqda, onun ABŞ-nin sözünün bütövlüyünün şübhə altına düşdüyünü nəzərdə tutduğu aydınlaşır.

Co Bayden oğlunu əfv etdi
Qeyd edək ki, bu gecə ABŞ-nin hazırkı prezidenti Co Bayden oğlu Hanter Baydenin əvf olunması barədə fərman imzalayıb. Halbuki, əvvəllər o bir neçə dəfə bunu etməyəcəyini bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Mask   Bayden   tənqid  





Xəbər lenti