Cənubi Koreyadakı hərbi vəziyyət nüvə müzakirələrinə də təsir etdi - "NYT"

Cənubi Koreyadakı hərbi vəziyyət nüvə müzakirələrinə də təsir etdi    - "NYT"
  04 Dekabr 2024    Oxunub:398
ABŞ və Cənubi Koreya nümayəndələri nüvə çəkindiriciliyinə dair məsələləri müzakirə etmək üçün hərbi rəsmilər arasında aparılması planlaşdırılan yüksək səviyyəli görüşü təxirə salıblar.
Bu fikirlər "The New York Times"da (NYT) dərc olunan məqalədəndir. Nəşr Pentaqon rəsmisinə istinad edib.

Onun sözlərinə görə, dekabrın 4-də “nüvə çəkindiriciliyi məsələləri” ilə bağlı görüşün keçirilməsi planlaşdırılırmış. Lakin Cənubi Koreyada hərbi vəziyyətin tətbiqindən sonra bu mühüm toplantının təxirə salınması qərara alınıb.

"Cənubi Koreyada baş verənlər şokedicidir" - Mask
Noyabrın əvvəlində ABŞ və Koreya Respublikasının mülki nüvə enerjisi sahəsində əməkdaşlığa dair ilkin razılığa gəlməsi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, ötən gecə Cənubi Koreya prezidenti Yoon Seok-Yeol ölkədə hərbi vəziyyət tətbiq olunduğunu elan edib. Amma bir neçə saat sonra parlamentdə hərbi vəziyyətin ləğvi üçün səsvermə olub. Daha sonra Yoon Seok Yeol qərarını ləğv edəcəyinə söz verib və nəticədə nazirlər kabineti bu qərarı dəstəkləyib. Bütün bu proseslər 6 saatdan az müddətdə baş verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Koreya   Nüvə  





Xəbər lenti