İrəvan meriyası tətilə qoşulan sürücüləri kütləvi şəkildə işdən qovur |
Xatırladaq ki, çərşənbə axşamı səhər saatlarında avtobus sürücüləri marşrutlara çıxmaqdan imtina etmişdilər və bu, ictimai nəqliyyat sisteminin çökməsinə səbəb oldu. Minlərlə vətəndaş avtobus dayanacaqlarında qalıb. Sürücüləri noyabrın 1-dən tətbiq edilən şəffaf ödəniş sisteminə keçid qane etməyib. Tətildən sonra əvvəlcə 18, daha sonra isə 40-a yaxın sürücü işdən qovulub.
Tural Tağıyev
AzVision.az