Çin Flippini hücum etməkdə günahlandırıb
“Filippinin Balıqçılıq və Su Ehtiyatları bürosu və Sahil Mühafizəsi gəmiləri Çinin Milli Azadlıq ordusunun Hərbi Dəniz Qüvvələrinin də gəmiləri daxil olmaqla, bir neçə Çin gəmisi tərəfindən aqressiv hərəkətlərlə üzləşib. Çin gəmilərindən biri əvvəlcə Filippin gəmisinin naviqasiya avadanlığını hədəfə alaraq su topundan istifadə edib, bundan sonra o, qəsdən gəmini sağ yanı ilə vurub”, - məlumatda bildirilir.
Bundan əvvəl Çinin Dəniz Polisi İdarəsi Pekin və Manila arasında ərazi mübahisəsi olan Cənubi Çin dənizindəki Huanyan adasının (Skarboro rifi) sularından dörd Filippin gəmisini sıxışdırıb çıxardığını bildirmişdi.
Qeyd edək ki, bir neçə onilliklər ərzində Çin şelfdə əhəmiyyətli karbohidrogen ehtiyatlarının aşkar edildiyi Cənubi Çin dənizindəki ayrı-ayrı adaların ərazi mülkiyyəti ilə bağlı bir sıra ölkə ilə mübahisələrlə məşğuldur. İlk növbədə, söhbət Parasel (Xişa) adalarından, Nanşa (Spratli) arxipelaqından və Huanyan rifindən (Skarboro) gedir. Bu məsələlər Bruney, Vyetnam, Malayziya və Filippinə aiddir.
Sahil İsgəndərov
AzVision.az