Tramp İrana qarşı sərt addımlar ata bilər
“Tramp komandası İranla bağlı gələcək addımlar üçün iki variantı araşdırır. Birinci plan Yaxın Şərqə Amerika qoşunları, hərbi təyyarələr və gəmilər göndərməklə hərbi təzyiqin artırılmasını nəzərdə tutur. Bundan əlavə, Vaşinqton İsrailə qabaqcıl silah növləri, o cümlədən bunkerləri məhv edən bombalar sata bilər.
İkinci variant hərbi güc təhdididir. Sanksiyalarla birlikdə belə təhdid, Tehranı ABŞ-nin təklif etdiyi diplomatik həll tədbirləri ilə razılaşmağa inandıra bilər”, - nəşrdə dərc olunan materialda vurğulanır.
Qəzetin yazdığına görə, Tramp daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahuya “İranın mümkün nüvə sıçrayışından” narahat olduğunu bildirib və həmçinin belə ssenarinin qarşısını almaq üçün yollar axtardığını açıqlayıb.
Bundan əvvəl isə, Donal Tramp “Time” jurnalına müsahibəsində ABŞ və İran arasında genişmiqyaslı silahlı münaqişənin başlanacağını istisna etmədiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az