TSAXAL Suriyaya 1,8 min bomba atıb - "Al Mayadeen"

   TSAXAL Suriyaya 1,8 min bomba atıb    - "Al Mayadeen"
  13 Dekabr 2024    Oxunub:277
İsrail Suriyanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün bir neçə saat ərzində 500-dən çox hədəfə 1,8 min bomba atıb.
Bu fikirlər “Al Mayadeen”da dərc olunan məqalədəndir.

İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır - "The Times of Israel"
Qeyd edilib ki, Suriyada 500-ə yaxın hədəfə zərbə endirən İsrail hərbi komandanlığı bu ölkənin hava hücumundan müdafiə sistemlərinin böyük əksəriyyətini məhv olduğunu açıqlayıb.

Suriyanın hava hücumundan müdafiə sistemi regionun ən güclü sistemlərindən biri hesab olunurdu. Lakin əvvəlki hökumətin devrilməsi ilə İsrail qüvvələri ölkə ərazisinə hərbi müdaxilələr etdi.
"Suverenlik tez bir zamanda pozuldu və İsrail Suriyadakı hərbi infrastruktura qarşı genişmiqyaslı hava əməliyyatına başladı",- "Al Mayadeen" yazıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Suriya   İsrail  





Xəbər lenti