Vladimir Putin: “Rusiyanı “qırmızı xətt”ə sürükləyirlər”
Rusiyanın lideri Birləşmiş Ştatların dünya birliyinə daim özlərinə uyğun gələn qaydalar tətbiq etməkdə günahlandırıb.
“ABŞ üçün yalnız bir sabit qayda var: bunu edənlər üçün qaydalar yoxdur. Arzuolunmaz dövlətlərə qarşı hibrid müharibələr, qarşısıalınma siyasəti aparılır”, - Putin vurğulayıb.
Avropadakı Amerika hərbçilərinin sayının 100 min nəfəri keçdiyini diqqətə çatdıran Putin, NATO ölkələrinin də hərbi xərcləri artırdığını və sərhədləri yaxınlığında zərbə qüvvələri qrupları yaratdığını bildirib.
- ABŞ-nin təhriki ilə onilliklər ərzində formalaşmış təhlükəsizlik arxitekturasını sarsıdan yeni hərbi-siyasi ittifaqlar yaradılır. ABŞ belə sistemləri yerləşdirməyə başlayarsa, Rusiya orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı könüllü məhdudiyyətləri aradan qaldıracaq”, - Rusiya prezidenti kollektiv Qərbə xəbərdarlıq edib.
Qeyri-strateji nüvə qüvvələrini daim hazır vəziyyətdə saxlamağı tapşıran Putin ölkənin strateji nüvə gücündə müasir silahların payının artıq 95%-ə çatdığını söyləyib. O, bu arsenalı “Rusiyanın sabitliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması üçün əsas vasitələrdən biri” adlandıraraq, təhddilərin qarşısının alınmasına yönəlik qüvvələrin yeni sistemlərinin və komplekslərinin yaradılması üzərində işləməyi əmr edib.
Rusiya lideri Ukraynada “xüsusi əməliyyat”ın (Rusiyanın Ukraynadakı müharibəyə verdiyi ad – red.) məqsədlərinə çatmasının zəruriliyini vurğulayıb.
“Bir daha heç kim bizi nüvə silahını cingiltməkdə ittiham etməsin: bu, nüvə təhdidinim qarşısının alınması siyasətidir. “Oreşnik” raket sistemlərinin istehsalına gəlincə, Rusiya və müttəfiqlərimizin təhlükəsizliyini qorumaq üçün yaxın gələcəkdə belə sistemlərin davamlı istehsalı təmin olunmalıdır”, - Vladimir Putin bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Putin Qərb "Qırmızıxətt"