Xakəndidə Həmrəylik Günü və Yeni il münasibətilə konsert keçirilib
Konsertdə şəhərin dövlət idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.
Bayram tədbirində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs olunub. Qeyd olunub ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbulu üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.
Beləliklə, hər il dekabrın 31-i xalqımız tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
Qeyd edək ki, bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları olub.
AzVision.az
Teqlər: