Ermənistan DİN-ə qərbyönümlü Arpine rəhbərlik edəcək |
Tadevosyan əvvəllər də "sistem işçisi" kimi tanınıb. O, aidiyyəti qurumda sosial, psixoloji və hüquqi iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Penitensiar xidmətin keçmiş rəisi Ambakum Qriqoryan isə 2024-cü il dekabrın əvvəlində vəzifədən azad edilib. O, bu vəzifədə cəmi bir il çalışıb.
Xatırladaq ki, Paşinyan ötən ilin sonlarından ölkədə "məmur islahataları" şousuna başlayıb. Yerli media bunu seçkilərə erkən hazırlıq kimi qiymətləndirir. O, Ermənistan Daxili İşlər Nazirliyinə nazir müavini postunu tutmuş Arpine Sarkisyanı gətirmişdi.
Keçmiş daxili işlər naziri Vahe Qazaryanla yanaşı digər rəsmilərdə baş nazir Nikol Paşinyanın "xahişi" ilə istefa vermişdilər. Bundan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan bir neçə sərəncam imzaladı.
Sərəncamlara əsasən, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan ilə Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan öz vəzifələrini rəsmən tərk etdilər. Bundan başqa, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, İstintaq Komitəsinin rəisi Argişti Kərəmyan vəzifədən uzaqlaşdırılıblar. Həmçinin, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyan da vəzifələrini tərk ediblər.
Tural Tağıyev
AzVision.az