Panama Trampdan BMT-yə şikayət edib

 Panama Trampdan BMT-yə şikayət edib
  22 Yanvar 2025    Oxunub:341
Panama hökuməti prezident Donald Trampın andiçmə mərasimində çıxışı zamanı ABŞ-nin Panama kanalını geri qaytaracağı ilə bağlı verdiyi bəyanatlara görə BMT-nin Baş katibi Antonio Quterreşə etiraz məktubu göndərib.
Bu barədə Latın Amerikası ölkəsinin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Qeyd olunub ki, Panamanın BMT-dəki səfiri Eloy Alfaro de Alba Antonio Quterreşə ünvanladığı məktubda xatırladıb ki, təşkilatın nizamnaməsinə görə, ölkələr öz münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən çəkinməlidirlər.

Xatırladaq ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp ölkəsinin Panama kanalına nəzarətini qaytaracağına söz verib.

AzVision.az



Teqlər:





Xəbər lenti