"Qəzzada dağıntılar altında basdırılan partlayıcıların təmizlənməsi, zərərsizləşdirilməsi üçün 500 milyon dollara ehtiyac var", - hesabatda deyilir.
Diqqətə çatdırılır ki, Qəzzanın xarabalıqlarının ümumi çəkisi təxminən 42 milyon tondur. Bu xarabalıqların daxilində saysız-hesabsız asbest və digər təhlükəli minerallar, habelə cəsəd qalıqları var.
Qətərin Baş naziri: "Atəşkəs üzrə növbəti danışıqlar tezliklə başlamalıdır" |
Xatırladaq ki, İsrail ilə Fələstinin HƏMAS terror təşkilatının Qəzza zolağına apardığı müharibədə yanvarın 19-da mərhələləli atəşkəs elan olunub. Atəşkəs çərçivəsində tərəflər arasında əsir mübadiləsi aparılmaqdadır. Müharibənin həlli üzrə vasitəçilər: ABŞ, Qətər və Misir atəşkəsin ikinci mərhələsi ilə bağlı müzakirələrin tezliklə başlamasına çağırırlar.
Firudin Həmidli
AzVision.az