Türkiyədə ailəsinin 4 üzvünü öldürən yeniyetmə həbs olunub

   Türkiyədə ailəsinin 4 üzvünü öldürən yeniyetmə həbs olunub
  01 Fevral 2025    Oxunub:342
Türkiyənin İstanbul şəhərinin Eyyubsultan rayonunda ötən gün öz evlərində ata, ana, bacı və nənəsini odlu silahla güllələyərək öldürən yeniyetmə həbs olunub.
Yerli mətbuatın məlumatına görə, hüquq-mühafizə qüvvələri tərəfindən Bursa şəhərində ələ keçirilən 17 yaşlı şübhəli yeniyetmə Üsküdar Uşaq Polis Şöbəsindən məhkəməyə göndərilib. Məhkəmə şübhəli barəsində həbs qətimkan tədbiri seçib.

Onun həmçinin hadisə yerindən qaçarkən evdən pul və qızıl-zinət əşyaları oğurladığı aşkarlanıb. Yeniyetmə ilkin ifadəsində bildirib ki, hadisəni atası ilə mübahisə zəminində həyata keçirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   hadisə   qətl   həbs  





Xəbər lenti