Kriptovalyuta bazarı ciddi zərbə alıb

   Kriptovalyuta bazarı ciddi zərbə alıb
  03 Fevral 2025    Oxunub:397
Bir gündə 240 milyard dollar azalan kriptovalyuta bazarı öz tarixində ən böyük eniş nümayiş etdirib.
AzVision.az xəbər veir ki, bu barədə “Mash” telegram-kanalının yaydığı məlumatda bildirilir.

“Birinci ilkin səbəb Çinin yeni “DeepSeek” süni intellekt paltformasıdır. Bu, böyük rəqabətə səbəb oldu və texnoloji sektor ənənəvi qaydada rəqəmsal aktivlərlə əlaqəli olduğu üçün kriptovalyutanın kursuna təsir göstərib”, - xəbərdə deyilir.

Başqa bir səbəbin satış həcminin artması və uzunmüddətli yüksəliş səbəbindən kripto aktivlərinin dəyərinin azalması olduğu iddia edilir.

- Üçüncüsü, maliyyə bazarları tərəfindən yaxından izlənilən ABŞ Federal Ehtiyat Sisteminin (FES) siyasətidir. Üstəlik, Trampın yeni fərmanlarına əsasən, Kanada, Meksika və Çindən gələn mallara böyük rüsumlar tətbiq edilməsidir”, - “Mash” telegram-kanalı vurğulayır.

“Coinglass” xidmətinin məlumatına görə, kriptovalyuta treyderləri qiymətlərin çökməsi səbəbindən fevralın 3-nə keçən gecə 2 milyard dollardan çox itiriblər. Son 24 saat ərzində ticarət mövqelərinin ləğvetmələrinin ümumi həcmi 2,24 milyard dolları ötüb və 730 mindən çox treyder əməliyyatların məcburi şəkildə bağlanması ilə üzləşib.

Bu gün səhər saatlarında bitkoinin kursu dünənki 100 min ABŞ dollarından 93 minə enib. Hazırda onun kursunun artaraq, 95 min 430 dollara çatdığı bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: bitkoin   məzənnə   eniş  





Xəbər lenti