Almaniyada “müharibə partiyası” önə çıxır

// 23 fevralda Şolts erası bitə bilər

   Almaniyada “müharibə partiyası” önə çıxır
  15 Fevral 2025    Oxunub:602
“Die Welt” qəzetinin keçirdiyi sorğu Almaniyada fevralın 23-də keçiriləcək parlament seçkisi ərəfəsində müxalifətin önə çıxdığını göstərir. İlk yerdə 30% reytinqlə Xristian-Demokratlar İttifaqı / Xristian-Sosialistlər İttifaqı (XDİ/XSİ, almanca CDU/CSU) bloku gəlir. Onu 20% səslə “Almaniya üçün Alternativ” partiyası izləyir.
5%-lik baryeri keçəcəyi gözlənilən iştirakçıların arasında hazırkı kansler Olaf Şoltsun rəhbərlik etiyi Almaniya Sosial-Demokrat Partiyası (16%), “Yaşıllar” (14%) və “Sol partiya” (7%) var.

Proqnozlara görə, Almaniyanın yeni kansleri XDİ/XSİ (CDU/CSU) blokunun lideri Fridrix Merts olacaq. Amma onun mühafizəkarları hökuməti təkbaşına formalaşdırmağa imkan verəcək qədər səs toplaya bilməyəcəklər. Buna görə də Merts ya sosial-demokratlar, ya da “yaşıllar” ilə koalisiya yaratmalıdır. Sağ-populist “Almaniya üçün Alternativ” partiyası ilə koalisiya quracağı gözlənilmir.

Fridrix Merts çıxışlarında Ukraynaya hərbi yardımı davam etdirəcəyini, Kiyevə 500 km. məsafəni vuran “Taurus” qanadlı raketləri göndərəcəyini bildirib. Kiyev bu raketləri çoxdan istəsə də, Şolts hökuməti gərginlik yaratmaqdan ehtiyat edərək, verməmişdi.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Almaniya  





Xəbər lenti