Bloomberg: “Moskva və Dəməşq razılığa gəlirlər”

      Bloomberg:    “Moskva və Dəməşq razılığa gəlirlər”
  17 Fevral 2025    Oxunub:953
Rusiya və Suriya Tartus və Xmeymimdəki hərbi bazalarla bağlı razılaşmaya yaxındırlar və bu, Moskvanın Suriyada mövcudluğunu qismən qoruyub saxlayacaq. Dəməşq belə bir ssenarinin respublikaya fayda verməsini şərt kimi qiymətləndirib.
AzVision.az xəbər verir ki, vəziyyətlə tanış olan anonim mənbələrə istinad edən “Bıoomberg” nəşrinin yazdığına görə, Rusiya Suriyanın yeni hökuməti ilə Tartus və Xmeymimdəki hərbi bazalarda mövcudluğunu saxlamağa imkan verəcək razılaşmaya çox yaxındır.

"Moskva 2017-ci ildə 49 il müddətinə icarəyə götürülmüş bu bazalarda İslam Dövləti (İŞİD) ilə mübarizədə yardım müqabilində tam mövcudluğunu saxlamağa ümid edir. Suriya tərəfi isə, öz növbəsində, Rusiyanın mövcudluğunun Türkiyənin ölkədə artan təsirini tarazlaşdırmağa kömək edəcəyini düşünür", - agentliyin həmsöhbətlərindən biri deyib.

Dəməşq Suriyadakı hərbi bazalar barədə mövqeiyini açqılayıb
Xatırladaq ki, əvvəllər Suriyanın yeni hakimiyyət orqanları Dəməşqin bundan faydalanacağı təqdirdə Rusiya hərbi bazalarının saxlanılacağını istisna etməyib. Kreml Moskvanın Suriyanın yeni hakimiyyət orqanları ilə bütün mövzularda, o cümlədən Rusiya qüvvələrinin mövcudluğunun davam etdirilməsi ilə bağlı dialoq apardığını bildirib.

Dəməşqə humanitar yardımın çatdırılması üçün bu hərbi bazalardan istifadə olunmasını təklif edən Rusiya prezidenti Valdimir Putin fevralın 12-də Putinlə əl-Şara arasında ilk telefon danışığı keçirib. O, Suriyanın “birliyi, suverenliyi və ərazi bütövlüyünü” dəstəklədiyini bildirərək, burada sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, o cümlədən əhaliyə humanitar yardımın göstərilməsinə dəstək verməyə hazır olduğunu bəyan edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Rusiya   Suriya   bazalar  





Xəbər lenti