“Nə qazansan, yarısı mənimdir!”

// "Sem dayı" getdikcə Ukraynaya daha ağır şərtlər qoyur

   “Nə qazansan, yarısı mənimdir!”
  23 Fevral 2025    Oxunub:645
Fevralın 21-də Ukrayna ABŞ hökumətindən ərazisindəki faydalı qazıntılarla bağlı yeni tələblər alıb. “The New York Times” yazır ki, yeni tələblər ABŞ-nin maliyyə naziri Homer Bessentin fevralın 12-də Kiyevə səfəri zamanı gətirdiyi təkliflərdən daha sərtdir.
Yeni tələblərə görə:

◾️ Ukrayna təbii resurslarının, o cümlədən, faydalı qazıntıların, neftin, qazın satışından əldə etdiyi gəlirlərin yarısından ABŞ-nin xeyrinə imtina etməlidir;

◾️ Ukrayna limanlarının və digər infrastrukturunun gəlirlərinin yarısını Amerikaya verməlidir;

◾️ Həmin gəlirlər ABŞ-a məxsus fondda toplanmalıdır. Fondda 500 milyard dollar toplanana qədər Ukrayna hər il ora pul köçürməlidir.

◾️ ABŞ həmin vəsaitin bir qismini Ukraynanın bərpasına investisiya kimi yönəldə bilər. Söhbət ilk növbədə infrastruktura və faydalı qazıntıların hasilatına sərmayə qoymaqdan gedir;

◾️ Əgər Rusiya tutduğu ərazilərdən çəkilsə, oradan gələcək gəlirlərin 66%-i xüsusi fonda köçürülməlidir.

Bütün bunların müqabilində ABŞ Ukraynaya heç bir təhlükəsizlik zəmanəti vermir. Tələb olunan vəsait indiyə qədərki yardımların əvəzində istənilir.

Bu şərtlər çox ağır olmaqla yanaşı, Ukraynanın müharibədən sonrakı bərpası prosesini son dərəcə ağırlaşdıra bilər.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti