Nazirliyin məlumatına görə, Ukrayna qoşunları indiyə qədər məlum sərhəd bölgəsində aparılan hərbi əməliyyatlar zamanı 71 570-dən çox döyüşçü itirib.
|
| Kursk torpaqları ingilis minaları ilə çirklənib |
"Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin məhv edilməsi əməliyyatı davam edir", - bəyanatda vurğulanır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


