Rusiyaya hücumlar nəticəsində 8 mülki şəxs ölüb

   Rusiyaya hücumlar nəticəsində 8 mülki şəxs ölüb
  08 Aprel 2025    Oxunub:748
Ötən həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin (VSU) hücumları nəticəsində Rusiya Federasiyasının müxtəlif regionlarının 100-dən çox sakin, o cümlədən bir uşaq yaralanıb. 8 nəfər həlak olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat yayıb. XİN rəsmisi TASS-a açıqlamasında deyib ki, Ukrayna Rusiya Federasiyasında mülki hədəflərə zərbələrin intensivliyini 10-15% artırıb.

Döyüşə məmur övladları gedir
O qeyd edib ki, martın 31-dən aprelin 6-dək Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın mülki hədəflərinə hücumlarının sayı daha da artaraq gündə təxminən 300-ə çatıb: "Ukrayna yaraqlılarının zərbələrinin hədəfi infrastrukturlar, o cümlədən enerji və su infrastrukturu, mülki yaşayış binaları, mülki nəqliyyat, mülki sənaye obyektləri, səhiyyə və təhsil müəssisələridir. Son bir həftə ərzində nasistlərin atəşindən 114 mülki şəxs zərər çəkib: 1-i azyaşlı olmaqla 106 nəfər yaralanıb, 8 nəfər həlak olub".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Hücum  





Xəbər lenti