“Əslində, tarif qərarını Konqres təsdiqləməlidir. Konqres Donald Trampa iqtisadiyyatla bağlı fövqəladə səlahiyyətlər verib, lakin o, sadə səs çoxluğu ilə fövqəladə vəziyyətin olmadığını təsdiqləyə bilər. Bununla da Trampın bütün bu tarifləri tətbiq etməsinə mane olar”, - xanım senator “MSNBC” telekanalının efirində deyib.
![]() |
“Tramp tarifləri” dünya iqtisadiyyatını çökdürür |
Xatırladaq ki, aprelin 3-də əlverişsiz iqtisadi vəziyyət və ticarət kəsiri ilə əlaqədar Donlad Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib ki, bu da Amerika administrasiyasına digər ölkələrdən idxal olunan mallara rüsumlar qoymağa imkan verir.
Bundan bir gün əvəvl isə, ABŞ prezidenti 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq olunduğunu açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-də qüvvəyə minib, müxtəlif ölkələr üzrə fərdi tariflər isə aprelin 9-dan tətbiq olunmağa başlayacaq. Bundan əlavə, Tramp administrasiyası aprelin 3-dən bütün avtomobil idxalına 25%-lik rüsum tətbiq edib.
Sahil İsgəndərov
AzVision.az