Senatda Trampın tariflərinin ləğvi təklif olunub

   Senatda Trampın tariflərinin ləğvi təklif olunub
  09 Aprel 2025    Oxunub:639
Oreqon ştatından olan demokrat senator Ron Uayden ABŞ Konqresinə prezident Donald Trampın administrasiyası tərəfindən tətbiq olunan yeni tariflərin ləğvi üçün qətnamə layihəsi təqdim edib.
AzVision.az xəbər verir ki, Sənəd “imtiyazlı qətnamə” kimi təqdim olunub və bu, Senatı yaxın iki gün ərzində ona baxmağa məcbur edir.

“Tariflər Amerika ailələrinə və vətəndaşların kiçik bizneslərinə zərbə vurur. Bu baxımdan, Konqresin prezidentin ticarət üzərində səlahiyyətlərinə müdaxilə etməsi zəruruidir. Mənim təklifim bəzi respublikaçılar tərəfindən də dəstəklənir”, - demokrat senator Ron Uayden iddia edib.

Amerikalı senator “tarif faciəsi”nin əlacını tapıb
Lakin “Bloomberg” agentliyi Tramp tərəfdarlarının çoxluq təşkil etdiyi Konqresin Nümayəndələr Palatasının sənədin, böyük ehtimalla, müqavimətlə üzləşəcəyini yazır. Bundan əlavə, prezidentin özü də sənədə veto qoya bilər.

Yeri gəlmişkən, daha əvvəl Konqresdə Kanadadan idxala 25% tarifi ləğv etmək cəhdi göstərilmişdi. Lakin bu təşəbbüs aşağı palatada dəstəklənmədi və onun Ağ Ev tərəfindən bloklanma riski də var.

Qeyd edək ki, Ron Uaydenin həmkarı, Massaçusets ştatından olan demokrat senator Elizabet Uorren, öz növbəsində, ABŞ Konqresinin adi səs çoxluğu ilə prezident Donald Trampın elan etdiyi fövqəladə vəziyyəti və beləliklə də, onun idxal tarifləri ilə bağlı qərarını ləğv edə bilməsini söyləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   tariflər  





Xəbər lenti