Moskva Bakı və İrəvana müraciət edib

   Moskva Bakı və İrəvana müraciət edib
  09 Aprel 2025    Oxunub:815
Rusiya Ermənistan və Azərbaycanı sərhəddə eskalasiyadan qaçmağa çağırır.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naizrliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Moskvanın Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti izlədiyini bildirib.

“Biz Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyəti pisləşdirə biləcək hər hansı hərəkətdən çəkinməyə çağırışımızı təkrar edirik”, - Zaxarova vurğulayıb.

Bölmələrimizin atəşə tutulması MN-də geniş müzakirə edilib
Qeyd edək ki, son vaxtlar Ermənistanın silahlı qüvvələri dövlər sərhədinin müxtəlif istiqamətlərində hərbi bölmələrimizin mövqelərini atəşə tutmaq taktikasına əl atıblar. Bununla bağlı Azərbaycanın Müdafiə nazirliyində hətta videobağlantı formatında xüsusi iclas da keçirilib.

Xatırladaq ki, Mariya Zaxarova keçirdiyi brifinqdə, həmçinin Rsuiyanın Ermənistanın Sünik (Qərbi Zəngəzur) vilayətində Baş Konsulluq açmaqda israrlı olduğunu da diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Moskva   Bakı   İrəvan  





Xəbər lenti