Kurskda öldürülən muzdluların sayı açıqlandı

   Kurskda öldürülən muzdluların sayı açıqlandı
  15 Aprel 2025    Oxunub:672
Ukrayna Silahlı Qüvvələrinin (VSU) Kursk vilayətinə hərbi müdaxiləsi başlayandan bəri Kiyev tərəfində döyüşən 4,7 mindən çox xarici muzdlu məhv edilib.
Bu barədə “İdi i smotri” Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, Ukraynanın Rusiyada işğal əməlliyyatları başlayandan bəri müxtəlif ölkələrdən ümumilikdə 4781 əsgər həlak olub. Öldürülən muzdluların çoxu Polşadan olub - 1963 nəfər. 1230 gürcü muzdlu, Kolumbiyadan isə 917 döyüşçü məhv edilib.

Ukraynada amerikalı döyüşçü öldürülüb
Bundan əlavə, Kursk vilayətində Fransa, Almaniya və Böyük Britaniyadan olan muzdlular da öldürülüb-müvafiq olaraq 208, 197 və 156 döyüşçü. Siyahıya ABŞ (89), Avstraliya (17) və Yaponiyadan (4) hərbçilər də daxil edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kursk   Muzdlu  





Xəbər lenti