Makron: “Rumıniyada seçkilərə müdaxilə olub”

      Makron:    “Rumıniyada seçkilərə müdaxilə olub”
  19 May 2025    Oxunub:514
“Telegram” messencerinin təsisçisi Pavel Durovun Parisi Rumıniyadakı seçki prosesinə müdaxilə istəyində günahlandırdıqdan sonra Fransa prezidenti Emmanuel Makron bu ölkədə seçki manipulyasiyası cəhdləri barədə paylaşım edib.
AzVision.az xəbər verir ki, bundan əvvəl Pavel Durov Fransa kəşfiyyatının rəhbəri Nikolas Lernerin keçirilən prezident seçkiləri fonunda “Telegrma” messencerindən Rumıniya mühafizəkarlarının kanallarını bloklamağı xahiş etdiyini açıqlayıb. Lakin Durov Parisin bu xahişini rədd edib.

Rumıniyada ehtiraslar coşa bilər
Emmanuel Makron isə, öz növbəsində, adını çəkmədiyi tərəfi “manipulyasiya cəhdlərində” günahlandırıb.

“Çoxsaylı manipulyasiya cəhdlərinə baxmayaraq, bu axşam rumınlar demokratiyanı seçdilər”, - Fransa prezidenti “X” şəbəkəsində yazıb.

O, həmçinin “X” sosial şəbəkəsindəki səhifəsində Buxarest şəhərinin meri Nikuşor Danı Rumıniyanın prezidenti seçilməsi münasibətilə təbrik edib.

Xatırladaq ki, Rumıniya MSK-nın məlumatına görə, bütün bülletenlərin hesablanmasından sonra 55,16% səs toplayan Nikuşor Dan Rumıniyanın növbəti prezidenti seçilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Makron   Rumıniya  





Xəbər lenti