ABŞ növbəti G20 sammitinə qatılmayacaq

   ABŞ növbəti G20 sammitinə qatılmayacaq
  21 May 2025    Oxunub:316
ABŞ Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək G20 sammitində nə diplomatiya rəhbərləri səviyyəsində, nə də prezident səviyyəsində iştirak edəcək.
AzVision.az bildirir ki, bu barədə açıqlama verən ABŞ-nin Dövlət katibi Marko Rubionun sözlərinə görə, bu, daha çox ABŞ və CAR arasındakı ziddiyyətlərlə bağlıdır.

“Ağ Ev Cənubi Afrikanın müəyyən etdiyi gündəmlə razılaşmır - bu, ABŞ prezident administrasiyasının prioritetlərini əks etdirmir”, - Rubio deyib.

ABŞ-nin Dövlət katibi hələ fevralın əvvəlində Yohannesburqda keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlamışdı. Çünki CAR çox pis işlər görür. May ayının ortalarında isə “The Washington Post (WP)” qəzeti ABŞ-nin CAR-da keçiriləcək G20 sammitinə hazırlığı dayandırdığını aşkar edib.

ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Əvvəllər CAR-ı ağdərili vətəndaşlara qarşı soyqırımda günahlandıran Donald Tramp “vəziyyət tənzimlənməsə” G20 sammitini buraxacağına söz verib.

Qeyd edək ki, mayın 19-dan 22-dək CAR-ın prezidenti Siril Ramafosa ABŞ-yə işgüzar səfərə gəlməli və səfər çərçivəsində Donald Trampla görüşməli idi. “Bloomberg” agentloiyinin iddiasına görə, Ramafosanın məsləhətçiləri onun “Oval kabinetdə Volodimir Zelenski tipli töhmət riski ilə üzləşəcəyindən” qorxurlar.

Xatırladaq ki, Böyük İyirmiliyin növbəti sammiti bu il noyabrın 21-22-də Yohannesburq şəhərində keçiriləcək. CAR isə G20 sammitinə ev sahibliyi edəcək ilk Afrika ölkəsi olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   CAR   G20  





Xəbər lenti