Tramp Putini qınayıb və yeni sanksiyalarla hədələyib - VİDEO

   Tramp Putini qınayıb və yeni sanksiyalarla hədələyib  - VİDEO
  26 May 2025    Oxunub:882
ABŞ prezidenti Donald Tramp Vladimir Putinin Ukraynadakı hərəkətlərini tənqid edib və Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü açıqlayıb.
AzVision.az “Reuters” agentliyinə isitənadən xəbər verir ki, Nyu-Cersi hava limanında jurnalistlərlə söhbətində ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı hərəkətlərindən kəskin narazılığını bildirib və onları “qəbuledilməz” adlandırıb. Bəyanat Rusiya hərbçilərinin Ukraynadakı hədəflərə irimiqyaslı zərbələr endirməsindən sonra verilib.

“Lənət şeytana, Putinlə nə baş verdiyini bilmirəm. Mən onu çoxdan tanıyıram. Həmişə anlaşmışıq. Amma indi o, şəhərlərə raketlər açır, insanları öldürür və bu, mənim xoşuma gəlmir. İndi mütləq şəkildə yeni sanksiyalar tətbiq etməyi düşünürəm”, - Amerika lideri deyib.

Bundan əvvəl ABŞ-nin Maliyyə naziri Skott Bessent mövcud məhdudiyyətləri “10-dan 6-sı” kimi qiymətləndirib və lazım gələrsə, administrasiyanın onları ciddilik şkalası üzrə “10-a qədər” qaldırmağa hazır olduğunu bildirib.

Daha sonra Tramp özünün “Truth Social” sosial şəbəkəsində Volodimir Zelenskinin ritorikasını da tənqid edib. Onun sözlərinə görə, Ukrayna liderinin bəyanatları ölkəsinin vəziyyətini daha da pisləşdirir.

- Prezident Zelenski onun etdiyi kimi danışmaqla ölkəsinə yaxşılıq etmir. Onun dediyi hər söz problem yaradır. Hər dəfə danışanda gərginliyi artırır və Ukraynanın maraqlarına zərbə vurur. Bu, xoşuma gəlmir və dayanması yaxşı olardı”, - ABŞ prezidenti yazıb.

Rusiya Kiyevi bombalayıb - VİDEO
Son günlər Rusiyanın Müdafiə nazirliyi Ukraynadakı hədəflərə bir sıra irimiqyaslı zərbələr endirdiyini bildirib. Mayın 24-nə keçən gecə Ukraynanın Odessa, Poltava, Vinnitsa, Sumı, Xarkov, Donetsk, Kiyev və Dnepr vilayətlərinə endirilən zərbələr nəticəsində mülki şəxslər həlak olub. Mayın 25-nə keçən gecə isə Rusiya qoşunları 367-yə yaxın raket və kamikadze pilotsuz təyyarələr buraxıblar ki, bu da münaqişənin başlanğıcından bəri ən böyük hücumdur.

Əsas hədəflər arasında Odessa limanında hərbi yüklərin saxlanıldığı anbarlar, eləcə də raketlər, hücum pilotsuz uçan aparatları, elektron avadanlıq və raket yanacağı üçün komponentlər istehsal edən hərbi-sənaye kompleksi müəssisələri var. Radio kəşfiyyat mərkəzləri və Amerikanın “Patriot” zenit sistemlərinin mövqeləri də hücuma məruz qalıb.

Zərbələrin endirilmədi üçün yüksək dəqiqliyə malik “İsgəndər” raketləri, eləcə də müxtəlif pilotsuz təyyarələr və təyyarələrdən istifadə edilib. Zərbələr dəniz, hava və quru qüvvələrindən istifadə olunmaqla həyata keçirilib.

Xatırladaq ki, mayın 19-da ABŞ prezidenti rusiyalı həmakrı ilə keçirdiyi iki saatdan çox telefon danışığından sonra Donald Tramp Ukraynadakı mövcud vəziyyət və münaqişənin diplomatik yolla həlli imkanlarının müzakirə edildiyini və müəyyən irəliləyişlərin ələd olunduğunu açıqlayıb. olunub.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Putin   hədə  





Xəbər lenti