FT: “Avropa niyə Ukraynaya qoşun yeritmək istəyir?” - VİDEO

   FT: “Avropa niyə Ukraynaya qoşun yeritmək istəyir?”    - VİDEO
  27 May 2025    Oxunub:381
Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron, Avropa liderlərini böhranın həlli üçün danışıqlara cəlb etmək üçün Ukraynaya qoşun göndərmək ideyasını irəli sürürülər.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” nəşri belə məlumat yayıb.

“Danışıqlarda iştirak edən şəxslərin fikrincə, Starmer və Makron Avropanı atəşkəs müzakirələrinə cəlb etmək və ukraynalılarda ruh yüksəkliyi yaratmaq üçün ora qoşun göndərmək təklifini dəstəkləməkdə davam edirlər”, - qəzet yazır.

Dan: “Ukraynaya qoşun göndərmək yersizdir”
Eyni zamanda, materialda Almaniyanın bu məsələdə daha tarazlı mövqe tutduğuna diqqət çəkilir.

-Digər ölkələr, o cümlədən Almaniya məsələyə daha çox skeptik ilə yanaşırlar. Çünki ABŞ hələ də bu ideyaya qarşıdır və təhlükəsizliklə bağlı “dəstək” vəd etməyib”, - nəşr vurğulayır.

Bundan əvvəl isə Almaniyanın Müdafiə naziri Boris Pistorius alman qoşunlarının Ukraynaya göndərilməsinin yalnız beynəlxalq mandat çərçivəsində mümkün olduğunu bəyan edib. O, həmçinin bunun üçün parlamentin icazəsinin zəruri olduğunu deyib.

Yeri gəlmişkən, Rumıniyanın yeni prezidenti Nikuşor Dan da Ukraynaya qoşun yeritməyin yersiz olduğu barədə açıqlama verib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Avropa   Ukrayna   qoşun  





Xəbər lenti