Məhkəmə Trampın qərarını blokladı - VİDEO

   Məhkəmə Trampın qərarını blokladı    - VİDEO
  29 May 2025    Oxunub:535
ABŞ-nin Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Trampın səlahiyyətlərini aşdığını əsas gətirərək onun tətbiq etdiyi tarifləri bloklayıb.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarında Trampın tariflər barədə əmrlərinin IEEPA (“Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında” Qanun) tərəfindən prezidentə verilən səlahiyyətdən kənara çıxdığı vurğulanır.

Buna əsasən, Donald Trampın tarif sərəncamlarının ləğv olunacağı bildirilir. Bununla belə, mayın 8-də Böyük Britaniya ilə hərtərəfli ticarət paktının imzalandığını elan edən Amerika lideri daha sonra digər ölkələrlə də oxşar paktların imzalanacağını açıqlayb.

Pinqvinlər də rüsum ödəyəcək?
Xatırladaq ki, aprelin 2-də Donal Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə xeyli yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı (Aİ) üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Ümumilikdə Trampın qərarını pisləyən dünya liderləri əks-tədbirlər görəcəkləri ilə hədələdilər.

Bu qarşıdurma nəticəsində ABŞ-nin fond bazarı koronavirus pandemiyasının başlanğıcında qeydə alınmış səviyyəyə qədər çökdü. Trampın tarifləri Avropanın müdafiə şirkətlərinin səhmlərini ucuzlaşdırdı. “Bloomberg” agentliyinin məlumatına görə, dünyanın ən zəngin insanları ABŞ-nin tariflər tətbiq etməsindən sonra 208 milyard dollar itirib.

Belə reallıqlar fonunda aprelin 9-da Donal Tramp 75-dən çox ölkəyə tətbiq edilən yeni tarifləri 90 gün müddətinə dayandırıb.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Məhkəmə   Tramp   tariflər  





Xəbər lenti