Alan Bitti: “Aİ fürsətdən istifadə etməlidir” - VİDEO

      Alan Bitti:    “Aİ fürsətdən istifadə etməlidir”  - VİDEO
  29 May 2025    Oxunub:483
Amerika məhkəməsinin qərarından sonra ABŞ prezidenti Donald Trampın ticarət tariflərini bloklamaq və Amerika liderinə etiraz üçün Avropa İttifaqı (Aİ) onun zəifliyindən istifadə etməlidir.
AzVision.az xəbər verir ki, köşə yazarı Alan Bittinin “The Financial Times (FT)” nəşri üçün yazdığı məqləsində Brüsselin “yenidən birləşmək və cəsarət toplamaq üçün böyük fürsət” qazandığı iddia olunur. Materialda vurğulanır ki, əslində Ağ Evin rəhbəri “onun lovğalığından” daha həssasdır.

Müəllifin fikrincə, hazırda çantaların və hətta avtomobillərin ixracından daha vacib məsələlər risk altındadır. Söhbət qlobal ticarət sisteminin qorunub saxlanmasından gedir.

Məhkəmə Trampın qərarını blokladı - VİDEO
“Trampla Amerika məhkəməsi arasındakı qarşıdurmanın nəticəsi qeyri-müəyyən olaraq qalır. Bununla belə, artıq qəbul olunmuş ticarət tariflərinin bloklanması qərarı həftələrlə və ya aylarla davam edəcək “xaos və çaşqınlıq” doğuracaq. Əgər o, regional ictimaiyyətin birtərəfli güzəştlərini nəzərdə tutursa, belə bir vəziyyətdə, Aİ üçün ən yaxşı addım ABŞ ilə dialoqdan imtina etmək olardı”, - Alan Bitt vurğulayıb.

Köşə yazarı həmçinin Brüsseli dünyanın digər regionlarındakı ölkələrlə “anti-Tramp müqavilələri” bağlamağa çağırıb.

Xatırladaq ki, mayın 28-də ABŞ-nin Beynəlxalq Ticarət Məhkəməsi dövlət başçısını səlahiyyətlərini aşmaqda günahlandıraraq, onun tətbiq etdiyi gömrük rüsumlarını bloklayıb.

“CNN” telekanalının məlumatına görə, məhkəmənin qərarı avtomobil və avtomobil hissələri, alüminium və polad tədarükü tariflərinə şamil olunmur.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp     fürsət  





Xəbər lenti