İsrail Qreta Tunberqi tezliklə “yola salacaq” - VİDEO

   İsrail Qreta Tunberqi tezliklə “yola salacaq”    - VİDEO
  10 İyun 2025    Oxunub:1249
“Madleen” gəmisindəki Fələstinə dəstək verən bütün fəallar, o cümlədən isveçli ekofəal Qreta Tunberq ən qısa zamanda öz ölkələrinə qaytarılacaq.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser keçirdiyi brifinqdə belə deyib.

Onun sözlərinə görə, fəallar yedəklə İsrailin Aşdod limanına aparılıb. Menser həmçinin İsrail hökumətinin fəallara qayğı göstərdiyini, onların kifayət qədər yemək-içmək sarıdan heç bir broblemlərinin olmadığını diqqətə çatdırıb.

Qreta Tunberqin olduğu gəmi saxlanılıb - VİDEO
Siyasətçi bildirib ki, İsrail “bu insanları saxlamaq fikrində deyil”.

Xatırladaq ki, iyunun 9-da İsrail hərbçiləri “Azadlıq Donanması” koalisiyasının tərkibində Qəzza zolağının sahillərinə gedən “Madleen” gəmisini yoxlayaraq saxlayıblar. Gəmidə QretaTunberq də daxil olmaqla 12 fəal, həmçinin Fransa, Türkiyə, Braziliya və İsveç vətəndaşları olub.

Koalisiya rəsmiləri, öz növbəsində, gəminin beynəlxalq sularda tutulduğunu və bəzi könüllülərin “oğurlandığını” bildiriblər. Saxlanılanlar arasında Tunberq, fransızlar Reva Viar və Yanis Məmdi, türk Suyab Ordu və braziliyalı Tyaqo Avila da var.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   Tunberq  



Xəbər lenti