Rekord istilərdən minlərlə insan həyatını itirib

   Rekord istilərdən minlərlə insan həyatını itirib
  09 İyul 2025    Oxunub:1214
Avropada keçən həftə azalan həddindən artıq isti dalğası 2300-ə yaxın vaxtından əvvəl ölümə səbəb ola bilərdi.
AzVision.az “Reuters” və “AFP” agentliklərinin məlumatına istinadən xəbər verir ki, “King's College (Kral Kolleci)” və London Tropik Tibb Məktəbinin britaniyalı alimləri tərəfindən aparılan blits-analizində belə deyilir.

Bu arada, Avropanın “Copernicus” meteoroloji xidməti bildirib ki, Qərbi Avropa 2025-ci ildə rekord səviyyədə ən isti iyun ayını yaşayayıb.

“Tədqiqat zamanı iqlim dəyişikliyinin 10 isti dalğası zamanı temperaturun dörd dərəcə Selsi artmasına səbəb olduğu, bəzi Qərbi Avropa ölkələrində isə temperaturun 40 dərəcəni keçdiyi 12 şəhərdən (Barselona, Madrid, London və Milan daxil olmaqla) məlumatlar təhlil edilib”, - xəbərdə vurğulanır.

Mütəxəssislərin fikrincə, 2300 vaxtından əvvəl ölümdən təxminən 1500-ü isti dalğalarını daha da artıran iqlim dəyişikliyi ilə əlaqəlidir. Bu, isti havanın artan ölüm riski ilə əlaqələndirildiyi ilk araşdırma deyil: Avropa səhiyyə institutlarının məlumatına görə, 2022-ci ildə qitədə dünyasını dəyişmiş insanlardan 61 mininin ölümü isti hava dalğaları səbəbindən ola bilərdi.

İqlim dəyişikliyinin rolunu qiymətləndirmək üçün alimlər istilik dalğasının faktiki intensivliyini istiləşmənin böyük miqdarda qalıqlı yanacaqların yandırılması nəticəsində yaranmadığı bir dünya modeli ilə müqayisə ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   istilər   ölümlər  



Xəbər lenti