Şimali Koreyaya qarşı koalisiya qurulması təklif olunub
Yoşida Yoşihide üçtərəfli müdafiə əməkdaşlığının ölkələrin siyasi vəziyyətindən təsirlənməməsi üçün konkret sistem qurmağa ümid etdiyini bildirib.
Den Keyn Şimali Koreya və bəzi region ölkələrinin hərbi cəhətdən misli görünməmiş irəliləyişə malik olduqlarını deyib.
Kim Myunq Su isə davamlı üçtərəfli əməkdaşlığın vacibliyini vurğulayıb, Şimali Koreyanın nüvə-raket təhdidlərinin artdığını deyib.
Görüşdən sonra tərəflərin yaydığı birgə bəyanatda onlar Pxenyanı nüvə-raket inkişafı proqramlarını dərhal dayandırmağa çağırıblar. Onlar KXDR-in yaratdığı təhlükəsizlik problemlərinin həllində sıx üçtərəfli əməkdaşlığın vacibliyini qəbul etdiklərini bildiriblər.
İyulun 11-də 3 ölkənin xarici siyasət idarələrinin rəhbərləri – İvaya Takeşi (Yaponiya), Marko Rubio (ABŞ) və Park Yun Cu (Cənubi Koreya) isə ASEAN toplantısı çərçivəsində Kuala Lumpurda görüşüblər. Görüşə dair rəsmi açıqlama olmasa da, əsas müzakirə mövzusunun regiondakı təhlükəsizlik məsələləri olduğu şübhəsizdir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


