BMT: Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər

      BMT:    Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər
  12 İyul 2025    Oxunub:1136
Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.
AzVision.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsinin rəhbəri Ərəfat Camal deyib.

“İran və Pakistan hakimiyyəti Əfqanıstan vətəndaşları ilə bağlı qaydaları sərtləşdirib. O cümlədən Tehran ölkədə sənədsiz olan 4 milyon əfqanın iyulun 6-dək İranı tərk etməsini tələb edib”, - o bildirib.

Onun sözlərinə görə, BMT QAK geri qaytarılma prosesinin miqyası, intensivliyi və şərtlərindən narahatdır.

AzVision.az



Teqlər:



Xəbər lenti