İtalya mafiyasının lideri həbs edilib

İtalya mafiyasının lideri həbs edilib
  12 İyul 2025    Oxunub:822
Kolumbiyanın paytaxtı Boqotada keçirilən beynəlxalq əməliyyat nəticəsində Latın Amerikasında geniş fəaliyyət göstərən İtalyan mafiyası “Ndrangheta”nın tanınmış lideri Cüzeppe Palermon (ləqəbi Pepo) saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro X sosial şəbəkəsində məlumat verib.

Prezident qeyd edib ki, əməliyyat Böyük Britaniya, İtaliya və Avropolun birgə əməkdaşlığı ilə həyata keçirilib. O, Palermonun 196 ölkədə axtarışda olduğunu və əsasən Kolumbiya, Ekvador və Peru kimi ölkələrdən Avropaya narkotik maddələrin daşınması ilə məşğul olduğunu vurğulayıb.

Əməliyyat zamanı Palermonun yanında daha 21 nəfər mütəşəkkil cinayətkarın da həbs edildiyi bildirilir. Bu əməliyyat beynəlxalq hüquq-mühafizə orqanlarının narkotik ticarətinə qarşı apardığı mübarizədə mühüm uğur kimi qiymətləndirilir.



Teqlər: İtaliya   Kriminal  



Xəbər lenti