Almaniya Ukrayna üçün raket istehsalına başlayıb

Almaniya Ukrayna üçün raket istehsalına başlayıb
  13 İyul 2025    Oxunub:1257
Almaniya öz ərazisində ABŞ-dan asılı olmadan “Patriot” HHM raketlərinin istehsalına başlayıb. Məqsəd Ukraynanı ehtiyac duyduğu müdafiə raketlərilə təmin etməkdir.
Almaniyada istehsal olunan raketlərin ilk partiyası Ukraynaya 2026-2027-ci illərdə göndəriləcək. Bunun üçün ABŞ-nin icazəsini almağa ehtiyac olmayacaq.

Bundan başqa “ZDF” yazır ki, iyulun sonlarında Almaniya Ukraynaya ilk uzaqmənzilli raketləri göndərəcək. Silahların tədarükü Almaniyanın hesabına həyata keçiriləcək

Samir Quliyev
AzVision.az


Teqlər: Almaniya   Ukrayna  



Xəbər lenti