Britaniyada aviaqəza: 4 nəfər ölüb

Britaniyada aviaqəza:    4 nəfər ölüb
  14 İyul 2025    Oxunub:1129
Britaniyanın cənub-şərqi Esseks vilayətindəki London Sautend Hava Limanından Niderlandın Lelistad şəhərinə doğru havaya qalxan "Beech B200 Super King Air" seriyalı kiçik təyyarə qəzaya uğrayıb.
"Reuters" xəbər agentliyinin yaydığı məlumata görə, hadisə nəticəsində təyyarədəki 4 nəfərin hamısı həyatını itirib.

Şahidlərin məlumatına əsasən, təyyarə normal şəkildə havaya qalxsa da, çox keçmədən idarədən çıxıb və yerə çaxılaraq partlayıb. Hazırda hadisənin meydana gəlmə səbəbinin öyrənilməsi üzrə təhqiqat aparılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   təyyarə   qəza  



Xəbər lenti