Britaniya İrəvana yeni səfir göndərib

   Britaniya İrəvana yeni səfir göndərib
  15 İyul 2025    Oxunub:1104
Britaniyanın 2020-ci ildən bəri Ermənistanda səfiri kimi çalışan Con Qallagerin səlahiyyət müddəti başa çatıb.
Britaniya hökumətinin rəsmi saytında yayılan məlumata görə, onu Aleksandra Koul əvəzləyəcək. Xanım Koul 2018-2020-ci illərdə rəsmi Londonun Gürcüstandakı, 2020-2023-cü illərdə isə Qətərdəki səfirinin müavini işləyib. Hazırkı təyinatdan qabaq ölkəsinin Yaxın Şərq və Şimali Afrika regionunda fövqəladə halların planlaşdırılması şöbəsinin rəhbəri vəzifəsini tutub.

O, yeni diplomatik vəzifəsinin icrasına cari ilin sentyabrında başlayacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   Ermənistan   səfir  



Xəbər lenti