İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?

      İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
  16 İyul 2025    Oxunub:1120
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası iyulun 12-də Gorusda keçirilən siyasi toplantıda Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Sünik (Qərbi Zəngəzur) rayonu ərazisindən mümkün yolun çəkilməsi məsələsini müzakirə edib.
AzVision.az xəbər verir ki, “Vətəndaş müqaviləsi” partiyasındakı mənbələrə istinadən belə məlumat yayan “Johovurd” qəzeti müzakirələrin bağlı qapılar arxasında - mətbuatın iştirakı olmadan baş tutduğunu yazıb.

“Görüş zamanı baş nazir Nikol Paşinyanın əhval-ruhiyyəsi nəzərəçarpacaq dərəcədə gərgin olub. Partiya nümayəndələrində belə bir təəssürat yaranıb ki, Paşinyan Türkiyə, BƏƏ və Belçikaya son səfərləri zamanı gözlədiyi nəticə və təminatları ala bilməyib”, - mənbələr q zetə verdikləri açıqlamalarda vurğulayıblar.

Niyə Paşinyan Brüsselə təcili səfər edib?
Xatırladaq ki, bundan əvvəl “Hraparak” qəzeti Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə təcili səfərinin Avropa İttifaqı (Aİ) rəhbərliyinin Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə keçirilən Ermənistan-Azərbaycan danışıqlarının təfərrüatlarını öyrənmək istəyi ilə bağlı olduğunu yazıb.

Nəşrin iddiasına görə, Vaşinqtonun vasitəçiliyinin niyə belə tez nəticə verdiyini, o cümlədən Zəngəzur Dəhlizi məsələsində əldə olunan razılaşmanı izah etmək üçün Paşinyan Brüsselə çağıırılmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   Zəngəzur   Dəhliz  



Xəbər lenti