Suriyada atəşkəs elan edildi

Suriyada atəşkəs elan edildi
  16 İyul 2025    Oxunub:921
Suriyadakı druz icması ilə silahlılar atəşkəs barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə məlumat verib.

Druzların liderlərindən biri Yusif Cərbu Suriya hökuməti ilə Əs-Suveyda əyalətində atəşkəslə bağlı razılığa gəldiyini bildirib. Suriyanın SANA agentliyinin Ərəb Respublikasının Daxili İşlər Nazirliyindəki mənbəsi də atəşkəs barədə məlumat verib.

Yusif Cərbu atəşkəsin dərhal qüvvəyə minəcəyini bildirib. SANA-dakı mənbə qeyd edib ki, nəzarət-buraxılış məntəqələri Əs-Suveyda əyalətinin paytaxtı olan eyniadlı şəhərdə yaradılacaq.

Qeyd edək ki, iyulun 15-də Suriya hökuməti bədəvi silahlı dəstələri ilə druz silahlı qrupları arasında genişmiqyaslı toqquşmaların getdiyi Əs-Suveyda əyalətinin cənubuna qoşun yeridib. Suriya İnsan Haqları Müşahidə Qrupu ən azı 102 nəfərin öldüyünü bildirib. Ötən gecə Suriya Müdafiə Nazirliyi də atəşkəs elan etsə də, bir neçə saat sonra pozulub. Druzları qorumaq üçün İsrail Suriya ərazisinə hücumlar təşkil edib.

AzVision.az



Teqlər:



Xəbər lenti