Fransa hərbi kontingentini Seneqaldan çıxarıb

Fransa hərbi kontingentini Seneqaldan çıxarıb
  17 İyul 2025    Oxunub:523
Fransa Senqaldakı son iki hərbi obyektini yerli hakimiyyətə təhvil verib. Bununla Fransanın 1960-cı ildən bəri Qərbi Afrika ölkəsində davam etmiş hərbi iştirakı başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Təhvil-təslim mərasimi Dakar şəhərində keçirilib: Fransanın Seneqaldakı ən iri hərbi düşərgəsinin simvolik açarları yerli hakimiyyət nümyəndələrinə təhvil verilib.

Fransa hərbçilərinin Seneqaldan çıxarılması mart ayında başlayıb və o vaxtdan bəri Fransa Silahlı Qüvvələri yerli orduya bir neçə hərbi obyekt təhvil verib.

AzVision.az



Teqlər:



Xəbər lenti