Starmer: "London Trampın planına qoşula bilər"

  Starmer:  "London Trampın planına qoşula bilər"
  18 İyul 2025    Oxunub:1389
Böyük Britaniya avropalı tərəfdaşları ilə Kiyevin Avropadakı müttəfiqləri hesabına ABŞ prezidenti Donald Trampın Ukrayna üçün irimiqyaslı silah alışını nəzərdə tutan təşəbbüsünə qoşulmaq imkanını müzakirə edir.
AzVision.az xəbər verir ki, məlumatlı mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, müzakirələr hələ ilkin mərhələdədir.

Bununla belə, Böyük Britaniyanın baş naziri Kir Starmer artıq təşəbbüsə mümkün dəstəyini açıqlayıb. Londonda Almaniya kansleri Fridrix Mertslə keçirdiyi mətbuat konfransı zamanı o, ölkəsinin planda iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

“Biz Ukraynaya imkan yaratmaq üçün müttəfiqlərlə işləyirik. London bu səyləri “effektiv” etməyə çalışır”, - Böyük Britaniyanın baş naziri vurğulayıb.

Xatırladaq ki, bu həftənin əvvəlində Amerika lideri Donald Tramp Kiyevin çoxdan xahiş etdiyi “Patriot” hava hücumundan müdafiə (HHM) raket sistemləri də daxil olmaqla Ukraynaya kütləvi hərbi yardım planını açıqlayıb. Onun sözlərinə görə, ən azı 17 sistemin göndərilməyə hazırdır.

Bu rəqəm hətta Kiyevi də təəccübləndirib: Ukrayna Hərbi Kəşfiyyatı rəhbərinin müavini Vadim Skibitski Trampın tam kompleksli batareyaları deyil, buraxılış qurğularını nəzərdə tutduğu ehtimalını irəli sürüb.

“The New York Times” nəşrinin yazdığına görə, hazırda Ukraynada cəmi səkkiz “Patriot” HHM sistemi var.

Berlin Trampdan aydınlıq tələb edir | VİDEO
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ, Almaniya və Norveç artıq bu təşəbbüs çərçivəsində birgə işləyirlər. Almaniya iki “Patriot” almağa hazır olduğunu təsdiqləyib, Danimarka, İsveç və Hollandiya da dəstəklərini ifadə ediblər.

Bununla belə, Böyük Britaniya və Alamnaiya hökumətlərinin rəhbərlərinin nikbin bəyanatlarına rəğmən, Avropa liderlərinin heç də hamısı bu təşəbbüsə qoşulmaq fikrində deyillər. Belə ki, Çexiyanın baş naziri Petr Fiala bundan imtina etdiyini, Praqanın digər yardım formalarına, o cümlədən iri miqyaslı sursat alışına diqqət yetirdiyini vurğulayıb.

Çexiyadan daha əvvəl isə, Fransa və İtaliya Donald Trampın Avropanın hesabına Ukraynanı Amerika silahları ilə təchiz etmək planını dəstəkləmədiklərini açıqlayıblar.

Yeri gəlmişkən, Alamniya kansleri Fridrix Merts, öz nğvbəsində, Avropanın Ukraynaya verəcəyi silahların Vaşinqtonun necə əvəz edə biləcəyinə aydınlıq gətirməsinə çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   London  



Xəbər lenti