Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi

Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi
  19 İyul 2025    Oxunub:677
Ermənistanın baş naziri Nikol Paşinyanla İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
AzVision.az bu barədə erməni mediasına istinadən xəbər verir.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki, hökumət başçısı İsraillə iyunda gərginliyin artması nəticəsində insan itkisi ilə bağlı Pezeşkiana başsağlığı verib. Regional və beynəlxalq məsələlər müzakirə edilib.

Paşinyan Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib.

AzVision.az



Teqlər:



Xəbər lenti