Zelenski Rusiya ilə qarşıdakı danışıqların gündəliyini açıqlayıb

Zelenski Rusiya ilə qarşıdakı danışıqların gündəliyini açıqlayıb
  21 İyul 2025    Oxunub:481
Rusiya ilə danışıqlar zamanı Ukrayna yeni məhbus mübadiləsinin hazırlanmasını müzakirə etməyi planlaşdırır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.

“Görüşün gündəliyi bizə aydındır - məhbusların qaytarılması, Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılması və liderlərin görüşünün hazırlanması”, - o yazıb və danışıqlarda daha böyük dinamikaya ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, iyulun 19-da Zelenski Ukraynanın müdafiə naziri Rustem Umerovun Rusiyaya gələn həftə danışıqların üçüncü raundunun keçirilməsini təklif etdiyini açıqlamışdı.

TASS-dakı mənbə bildirib ki, danışıqların yeni raundu iyulun 24-25-də İstanbulda keçirilə bilər.

AzVision.az



Teqlər:



Xəbər lenti