Ukraynaya 120 milyard dollar lazımdır | VİDEO

   Ukraynaya 120 milyard dollar lazımdır    | VİDEO
  22 İyul 2025    Oxunub:682
Ukrayna müdafiə ehtiyaclarını maliyyələşdirmək üçün 2025-ci ildə Avropa İttifaqından (Aİ) və NATO-dan təxminən 60 milyard dollar alacağını gözləyir.
AzVision.az bildirir ki, belə açıqlama verən Ukraynanın keçmiş baş naziri, hazıdrd isə Müdafiə naziri Denis Şmıqal gələn il üçün müdafiə büdcəsinə ümumi ehtiyacın 120 milyard dollardan az olmayacağını diqqətə çatdırıb.

“Biz müttəfiqlərin dəstəyi ilə bu məbləğin yarısını cəlb etmək üçün digər ölkələrlə işləyirik. Qərb tərəfdaşları ilə danışıqlar artıq substantiv mərhələdədir”, - Denis Şmıqal öz Telegram-kanalında yazıb.

Bundan əlavə, Kiyev öz müttəfiqlərini 2026-cı ildə büdcədən mümkün vəsait ayırmaq üçün əvvəlcədən hazırlıqlara başlamağa çağırıb.

Daha əvvəl Şmıqal Ukraynaya 2025-ci ildə silahların alınması və təkcə pilotsuz təyyarələrin istehsalı üçün təxminən 6 milyard dollar lazım olduğunu açıqlayıb.

Bu bəyanatlar fonunda Ukrayna prezidenti Volodimir Zelenski daxili resursların, xüsusən də hərbi istehsal sahəsində məhdudluğundan narahatlığını bildirib. Onun sözlərinə görə, Kiyev Qərb tərəfdaşlarından dəstək axtarmağa davam edəcək.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   yardım   ehtiyac  



Xəbər lenti