“The Wall Street Journal (WSJ)” nəşri bu qərarın Qərb müttəfiqlərinin Kiyevə Ukraynaya dəstəyini təhlükə altına qoya bilər.
Ali Radanın üzvü Yaroslav Jeleznyak bir qrup deputatın qəbul edilmiş qanunun Ukrayna Konstitusiyası ilə uzlaşmadığı barədə iddia qaldırmaq niyyətində olduğunu açıqlayıb.
Lakin Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri İqor Malyuk heç bir ləğvetmənin olmadığını bildirib.
“Bu, sadəcə olaraq Konstitusiyaya qayıdışdır. İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (İAP) və Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) qalırlar və səmərəli fəaliyyət göstərməkdə davam edirlər”, - İqor Malyuk deyib.
— Ahmadov (@BigAhmadov) July 22, 2025
Ukrayna Hərbi Kəşfiyyatının (BKİ-Baş Kəşfiyyat idarəsi) rəhbəri Kirill Budanov isə, kütləvi etirazlar fonunda özünün Telegram kanalında yazıb: “Ukrayna tarixi bizə öyrətdi: əgər milləti daxili ziddiyyətlər parçalayırsa, uduzur. Bizim bir ümumi bəlamız, bir düşmənimiz var”.
Budanov qəbul olunmuş qanunu xatırlatmır, lakin bir ümumi məqsədə çatmaq üçün daxili ziddiyyətlərin açıq dialoq yolu ilə həllinə – Ukraynanı müdafiə etməyə çağırır.
Ali Radanın deputatı Aleksiy Qonçarenko özünün Telegram-kanalında Kiyevin meri Vitali Kliçkonun da etirazçılara qoşulduğunu yazıb. O, Kliçkonun Kliçkonun etirazda iştirakını əks etdirən fotosunu paylaşıb.
Xatırladaq ki, iyulun 22-də Ali Rada İAP-ın və UMAB-ın səlahiyyətlərini azaldan qanun qəbul edib.
— Ahmadov (@BigAhmadov) July 22, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


