Tramp Kiyev üçün ilk hərbi kontraktı təsdiqləyib

   Tramp Kiyev üçün ilk hərbi kontraktı təsdiqləyib
  23 İyul 2025    Oxunub:926
Amerikanın “BAE Systems Land & Armaments LP” şirkəti “Bradley Fighting Vehicles” üçün texniki xidmət və əməliyyat hazırlığını təmin etmək üçün 9 milyon dollarlıq müqavilə alıb.
AzVision.az xəbər verir ki, vəsait 2025-ci maliyyə ili üçün Ukrayna üzrə Təhlükəsizlik Təşəbbüsü (USAI) proqramı çərçivəsində ayrılıb. Müqavilənin məbləği kiçik olsa da, bu, Donald Tramp administrasiyasının ikinci prezidentlik dövründə Ukraynaya ilk hərbi yardımıdır.

USAI 2022-ci ildən 2024-cü ilə qədər 31 milyard dollardan çox vəsait ayıran Ukraynanın müdafiəsini maliyyələşdirmə proqramıdır. Əvvəllər Rusiyanın Ukraynaya son zərbələrinə cavab vermək üçün Trampın Kiyevə bir neçə milyard dollar dəyərində yeni yardım paketi ayırmağı planlaşdırdığı bildirilirdi.

Xarici silahlar Ukraynada sınaqdan keçiriləcək | VİDEO
Tramp həmçinin Konqresin təsdiqi olmadan Ukraynaya silah göndərmək üçün ilk dəfə olaraq PDA (Presidential Drawdown Authority) hüququndan istifadə edib - təxminən 300 milyon dollar dəyərində paket, “Patriot” raketləri, “HIMARS” üçün “GMLRS” mərmiləri və orta mənzilli raketlər.

Xatırladaq ki, iyulun 14-də Tramp NATO ilə Ukraynanın müdafiəsini dəstəkləmək üçün alyans vasitəsilə Kiyevə silah tədarükü barədə razılıq əldə etdiyini açıqlayıb.

Bununla belə, NATO-ya üzv olan bəzi Avropa ölkələri öz büdcələri hesabına Ukraynanı Amerika silahları ilə təchiz etmək istəmədiklərini vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   yardım  



Xəbər lenti