Karapetyanın işində gözlənilməz qərar | VİDEO

   Karapetyanın işində gözlənilməz qərar   | VİDEO
  23 İyul 2025    Oxunub:635
Beynəlxalq Arbitraj Məhkəməsi erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan və ailəsinin “Ermənistanın Elektrik Şəbəkələri (EEŞ)” şirkətinin milliləşdirilməsi cəhdi ilə bağlı Ermənistan hökumətinə qarşı iddiasını təmin edib.
AzVision.az Erməni mediasına istinadən xəbər verir ki, işə 1995-ci ildə Ermənistanla Kipr arasında bağlanmış sərmayələrin qorunması müqaviləsi əsasında Stokholm Ticarət Palatasının (SCC) Arbitraj İnstitutu tərəfindən baxılıb.

“Məhkəmə iddiaçının tərəfini tutub və İrəvanı Ermənistan parlamentinin bu yaxınlarda qəbul etdiyi düzəlişləri yerinə yetirmək, eləcə də “EEŞ”-in zorla müsadirəsinə yönəlmiş növbəti hərəkətlərdən çəkinmək məcburiyyətinin ehtiva olunduğu təcili qərar çıxarıb”, - xəbərdə deyilir.

Arbitraj qərarında qeyd olunub ki, yeni qanunvericilik tədbirləri onların Ermənistanın Kipr qarşısında beynəlxalq öhdəliklərinə uyğunluğuna dair ciddi şübhələr yaradır. Məhkəmə həmçinin təcili müvəqqəti tədbirlər görülməsə, Karapetyan ailəsinin aktiv üzərində nəzarəti itirmək riski ilə üzləşdiyini və dəymiş itkilərə görə tam kompensasiya ala bilməyəcəklərini vurğulayıb.

Karapetyan Paşinyana meydan oxuyur | VİDEO
Məhkəmənin qərarı məcburidir və Ermənistan hökuməti tərəfindən icra edilməlidir.

Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də Ermənistanda saxlanılıb. Onun vəkili Armen Feroyanın sözlərinə görə, iş adamı respublikada hakimiyyəti ələ keçirmək üçün açıq çağırışlarda ittiham olunub. Elə həmin gün İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib. Samvel Karapetyan itithamlarla razılaşmır.

İyulun 3-də isə Ermənistan parlamenti hökumətə Karapetyanın “Ermənistanın elektrik şəbəkələri (EEŞ)” şirkətini milliləşdirmək hüququ verən qanun qəbul edib. Məhz bu qərarla bağlı Samvel Karapetyan Beynəlxalq Arbitraj Məhkəməsində Ermənistan hökumətinə qarşı iddia qaldırıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Karapetyan   məhkəmə  



Xəbər lenti