Fransada nüvə reaktorunda su sızması aşkar edilib

Fransada nüvə reaktorunda su sızması aşkar edilib
  24 İyul 2025    Oxunub:445
Fransanın Flamanvil şəhərində inşası davam edən "EPR" tipli "Flamanvil 3" nüvə reaktorunda texniki nasazlıq qeydə alınıb.
AzVision.az xəbər verir ki, reaktorun hovuzunda su sızması ehtimalı müəyyən edilib. Sızma halı test zamanı aşkarlanıb. Hadisə Fransanın Nüvə Təhlükəsizliyi İdarəsi tərəfindən nəzarətə götürülüb.

Məsələ ilə bağlı hüquqi və texniki ekspertiza aparılır. Hazırda təhlükəsizlik baxımından obyektin istismara verilməsi təxirə salınıb.

AzVision.az





Teqlər:



Xəbər lenti