İrəvan Vaşinqtonun təklifinə razılaşmayıb

   İrəvan Vaşinqtonun təklifinə razılaşmayıb
  25 İyul 2025    Oxunub:1089
Ermənistan ABŞ-nin Sünikdən (Zəngəzur dəhlizinin bir hissəsi) 42 km-lik yolu icarəyə götürmək təklifini qəbul etməyib.
AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin Avropaya İnteqrasiya komitəsinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan rəhbəri Arman Yeqoyan “Faktor TV” telekanalına müsahibəsində belə deyib.

“Biz riski funksiyaların həyata keçirilməsində yox, icarənin özündə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə səbəb ola bilər. Bu variant bizim üçün qəbuledilməz idi”, - Yeqoyan bildirib.

Tramp kömürə qayıdır
Onun sözlərinə görə, bununla belə, Ermənistan hökuməti suverenlik, yurisdiksiya, qarşılıqlılıq və ərazi bütövlüyü prinsiplərinə əməl olunması çərçivəsində regionda kommunikasiyaların bloklanması məsələsinə baxmağa razıdır.

Xatırladaq ki, bir gün əvvəl İspaniyanın “Periodista Digital” nəşri Ermənistan, Azərbaycan və ABŞ arasında “gizli memorandum”a istinad edərək Nikol Paşinyanın “Tramp körpüsü”nün – Sünik rayonundan (Qərbi Zəngəzur) keçərək Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək 42 kilometrlik nəqliyyat dəhlizinin yaradılmasına razılıq verdiyini yazıb.

Məlumatda nəqliyyat dəhlizinin idarə olunmasının özəl Amerika şirkəti tərəfindən həyata keçiriləcəyi iddia edilirdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   imtina  



Xəbər lenti